Şriftin ölçüsü :

Saytın rəngi :

"9 noyabr - Dövlət Bayraq Günü" münasibətilə Səbail rayonunda silsilə tədbirlər keçirilmişdir

08 noyabr 2019 | 16:00

Səbail Rayon İcra Hakimiyyəti və Səbail rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən Badamdar Mədəniyyət Evində, 50 və 239 nömrəli tam orta məktəblərdə "9 noyabr-Dövlət Bayraq Günü" münasibətilə "Bədii qiraət", "İnşa" və "Rəsm" müsabiqələri keçirilmişdir. Tədbirlərin keçirilməsində məqsəd orta ümumtəhsil məktəblərinin şagirdləri arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, yeniyetmə və gənclər arasında Dövlət atributlarının təbliği, eyni zamanda istedadlı şagirdlərin bədii qiraət, inşa-yazı və rəsm sahəsindəki bacarıqlarını nümayiş etdirmək üçün onlara  şəraitin yaradılmasından ibarətdir. Tədbirlərdə müəllim və şagirdlərlə yanaşı Səbail Rayon İcra Hakimiyyətinin və Səbail Rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları iştirak etmişlər.
"Bədii qiraət" müsabiqəsində 49 nömrəli İntellek liseyin şagirdi Axundova Türkanə üçüncü, 51 nömrəli məktəbin şagirdi Bayramova Rəbiyyə ikinci, 91 nömrəli məktəbin şagirdi Elmira Qoca birinci yerin qalibi olmuşlar.
"İnşa" müsabiqəsində 329 nömrəli məktəbin şagirdi Sadıqova Nuray üçüncü, 6 nömrəli məktəb-liseyin şagirdi Sulanova Samirə ikinci, 236 nömrəli məktəbin şagirdi Cəfərova Ləman birinci yerin qalibləri olmuşlar.
"Rəsm" müsabiqəsində 239 nömrəli məktəbin şagirdi Abdullazadə Dəniz Emin qızı üçüncü, 236 nömrəli məktəbin şagirdi Əmirxanova Könül Ceyhun qızı ikinci, 6 nömrəli məktəb-liseyin şagirdi İsmayılova Liza Əbülfəz qızı birinci yerin qalibləri olmuşlar.

Keçidlər