Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə rayonunda “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilmişdir

15 noyabr 2019 | 16:00

Noyabrın 15-də Səbail Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Səbail RİHBA-nın, Səhiyyə Nazirliyinin, Səbail Rayon Polis İdarəsinin, Səbail Rayon Gənclər və İdman İdarəsini bir qrup əməkdaşı, mətbuat nümayəndələri və pedaqoji işçilər iştirak etmişlər.
Tədbiri açıq elan edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Eldar Ağayev bildirmişdir ki: “Paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda zəmanənin bəlası olan narkomaniyaya qarşı mübarizə tədbirləri daha da genişləndirilmişdir. Bu istiqamətdə rayon İcra Hakimiyyəti ilə birgə hüquq mühafizə orqanları və ictimaiyyət nümayəndələri də geniş fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2019-2024-ci illəri əhatə edən 3-cü Dövlət Proqramı”nı təsdiq etmişdir. Narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşması və genefond üçün mühüm təhlükə olduğuna görə bu qəbildən olan tədbirlərin keçirilməsində məqsəd cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarətdir”.
Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Dövlət Komissiyasının İşçi Qrupunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin böyük məsləhətçisi Könül Əfəndiyeva, Səbail Rayon Polis İdarəsinin rəis müavini Orxan Axundzadə, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələrin qoyulduğunu qeyd etmişlər. Vurğulanmışdır ki, ilk növbədə orta və ali təhsil müəssisələrində nakomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Sonda qonaqlar mövzu ətrafında tələbələri maraqlandıran sualları cavablandırmışlar.

Keçidlər