Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “3 dekabr - Beynəlxalq Əlillər Günü” qeyd olunub

03 dekabr 2019 | 16:00

“3 dekabr - Beynəlxalq Əlillər Günü” münasibətilə Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları humanitar aksiya çərçivəsində rayon ərazisində yaşayan bir neçə ailəni ziyarət etmiş, fiziki məhdudiyyətli sakinlərə maddi yardım göstərilmiş və ərzaq payları təqdim edilmişdir.
Daha sonra “3 dekabr - Beynəlxalq Əlillər Günü” ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda yaşayan bir qrup əlil vətəndaşlar üçün bayram süfrəsi təşkil edilmişdir. Tədbirdə qeyd olunmuşdur ki, ölkəmizdə əlillər, sağlamlıq imkanı məhdud insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunur və əlil insanların sosial müdafiəsinin gücləndirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Ölkəmizdə əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası, sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması istiqamətində davamlı iş aparılır, müvafiq dövlət proqramları icra olunur.
Tədbirdə çıxış edən əlillər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər