Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda koronavirus əleyhinə dezinfeksiya işləri aparılır

12 mart 2020 | 16:00

Koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə martın 12-də Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılaraq sakinlərin istifadəsinə verilən Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi 4A və Əziz Nəzərov küçəsi 3, 3A, 5 və 9 ünvanlarında 850 nəfər sakinin yaşadığı, ümumi sahəsi 4500 kv.m. olan çoxmərtəbəli yaşayış binalarında dezinfeksiya işləri aparılmışdır. Yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və onların ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya tədbirləri görülmüşdür.
Eyni zamanda, xəstəliyə yoluxma hallarına yol verilməməsi və infeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə rayonun orta məktəbləri, bağçaları, idarə və müəssisələrinin inzibati binalarında dezinfeksiyası işləri mütamadi olaraq aparılır.

Keçidlər