Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda koronavirus əleyhinə dezinfeksiya işləri davam edir

13 mart 2020 | 16:00

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə Səbail rayonu, Üzeyir Hacibəyov küçəsində yerləşən “Sahil bağı”nda Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə dezinfeksiya işləri aparılmışdır.
Parkda quraşdırılmış oturacaqlar, fəvvarələr, işıq dirəkləri, tullantılar üçün nəzərdə tutulmuş qutular və burada əkilmiş gül kolları, müxtəlif növ ağaclar xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmuşdur.
Eyni zamanda, xəstəliyə yoluxma hallarına yol verilməməsi və infeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə rayonun orta məktəbləri, bağçaları, idarə və müəssisələrinin inzibati binalarında dezinfeksiyası işləri mütamadi olaraq həyata keçirilir.

Keçidlər