Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda aparılan dezinfeksiya işləri daha da intensivləşdirilir

24 mart 2020 | 16:00

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon ərazisində yerləşən küçə və prospektlərdə, yeraltı keçidlərdə, inzibati və yaşayış binalarında dezinfeksiya işləri davam etdirilir. Bu işlər gündəlik olaraq həyata keçirilir. 
Eyni zamanda sakinlərimizə Koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyi, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalmağı, xüsusi ehtiyac olmadıqda evləri tərk etməkdən çəkinməyi tövsiyə edirik.

Keçidlər