Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda dezinfeksiya tədbirlər davam edir

07 aprel 2020 | 16:00

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq şəhərin mərkəzi hissələrində o cümlədən, İstiqlaliyyət küçəsi boyunca Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dezinfeksiya işləri davam etdirilmişdir. Səbail RİH başçısı Vuqar Zeynalov dezinfeksiya işlərinin gedişi ilə yerində tanış olmuşdur.
Şəhərin mərkəzi küçələrində və burada yerləşən yaşayış binalarında, parklarda, yeraltı keçidlərdə, dayanacaqlarda intensiv şəkildə dezinfeksiya işləri aparılmışdır. Parklarda quraşdırılmış oturacaqlar, işıq dirəkləri, tullantılar üçün nəzərdə tutulmuş qutular və burada əkilmiş gül kolları, müxtəlif növ ağaclar xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmuşdur.

Keçidlər