Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə vətəndaşların maarifləndirilməsi ilə bağlı nəzarət gücləndirilib

09 aprel 2020 | 16:00

Xüsusi karantin rejiminin tələb və qaydalarına əməl olunması ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən xidmət sahələrində o cümlədən, bankların girişlərində və bankomatların qarşısında vətəndaşlar arasında sıxlıq yaranmaması və ünsiyyət zamanı iki metrlik ara məsafənin saxlanılması ilə əlaqədar mütəmadi olaraq maarifləndirmə təbdirləri həyata keçirilir.
Vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı iki metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Keçidlər