Şriftin ölçüsü :

Saytın rəngi :

20-ci yaşayış sahəsində dezinfeksiya işləri davam edir

10 aprel 2020 | 16:00

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayonun 20-ci yaşayış sahəsində 30 000 nəfərdən çox sakinin yaşadığı, ümumilikdə 18 küçədə yerləşən 25 çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan hissələrində və 1200-dən çox fərdi yaşayış evinin ətrafında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təkrar dezinfeksiya işləri həyata keçirilmişdir.
Səbail RİH başçısı Vuqar Zeynalov dezinfeksiya işlərinin gedişi ilə yerində tanış olmuşdur.
İşlərin ardıcıl və normal təşkili məqsədilə bu istiqamətdə çalışan briqadalar zəruri avadanlıq və preparatlarla təchiz olunmuşlar. Rayon ərazisində ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Keçidlər