Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda kooperativ binalarda dezinfeksiya işləri davam edir

28 aprel 2020 | 16:00

Səbail rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə aprelin 28-də Yeni Salyan yolu 16 ünvanında yerləşən “Kristal Abseron” MTK-ya məxsus 3 ədəd 16 mərtəbəli ümumilikdə 1450 sakinin yaşadığı 6500 kv.m. sahəsi olan çoxmərtəbəli yaşayış binalarında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təkrar dezinfeksiya işləri aparılmışdır. Səbail RİH başçısı Vuqar Zeynalov dezinfeksiya işlərinin gedişi ilə yerində tanış olmuşdur.
Zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qrupları tərəfindən yaşayış binalarının həyətləri, blokları, pilləkən qəfəsələri və məişət tullantıları üçün nəzərdə tutulan konteynerləri dezinfeksiya olunmuşdur.
Rayon ərazisində dezinfeksiya işləri Rayon İcra Hakimiyyəti başçısının yanında yaradılan operativ qərargah tərəfindən tərtib edilən qrafikə uyğun olaraq həyata keçirilir.

Keçidlər