Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində koronavirusa qarşı dezinfeksiya tədbirləri davam edir

18 iyun 2020 | 16:00

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Badamdar qəsəbəsində dezinfeksiya işləri davam etdirilmişdir. Səbail RİH başçısı Vuqar Zeynalov dezinfeksiya işlərinin gedişi ilə yerində tanış olmuşdur.
Qəsəbə ərazisində 5 000 sakinin yaşadığı, 120 fərdi yaşayış evinin ətrafı, 43 çoxmənzilli yaşayış binasının həyətləri, blokları, pilləkən qəfəsələri, oyun və uşaq meydançaları, məişət tullantıları üçün nəzərdə tutulan konteynerləri, eyni zamanda 90 nəfər məcburi köçkünün məskunlaşdığı yaşayış binasının ümumi istifadədə olan yerləri zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qrupları tərəfindən xüsusi kimyəvi maddələrdən istifadə edilməklə yenidən dezinfeksiya olunmuşdur.
Rayon ərazisində dezinfeksiya işləri Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan operativ qərargah tərəfindən tərtib edilən qrafikə uyğun mütəmadi olaraq rayonun mərkəzi küçələri ilə yanaşı qəsəbə və yaşayış massivlərində həyata keçirilir.

Keçidlər