Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda gücləndirilmiş rejimdə həyata keçirilən dezinfeksiya tədbirləri davam edir

14 iyul 2020 | 16:00

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun mərkəzi hissəsində dezinfeksiya işləri davam etdirilmişdir.
Rayonun mərkəzi hissəsində 8 000 sakinin yaşadığı 90 çoxmənzilli yaşayış binalarının həyətləri, blokları, pilləkən qəfəsələri, məişət tullantıları üçün nəzərdə tutulan konteynerləri, binanın ümumi istifadədə olan yerləri, eyni zamanda yol kənarları, park və meydanlar, küçələrdə quraşdırılmış dayanacaqlar, ticarət obyektlərinin ətrafı zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qrupları tərəfindən xüsusi kimyəvi maddələrdən istifadə edilməklə yenidən dezinfeksiya olunmuşdur.
Rayon ərazisində dezinfeksiya işləri Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan operativ qərargah tərəfindən tərtib edilən qrafikə uyğun mütəmadi olaraq rayonun mərkəzi küçələri ilə yanaşı qəsəbə və yaşayış massivlərində həyata keçirilir.

Keçidlər