Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın təbii resurslar tam şəkildə xalqımızın maraqlarına xidmət edir

22 sentyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.
“Abşeron” qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng yataqlardan biridir. Xəzər dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək.
Ümumiyyətlə, 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlayır. 1970-ci ildə "Xəzərdənizneft" İstehsalat Birliyi (İB) yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.
Bundan sonra  SSRİ-nin dağılması, müstəqillik dövrün və Azərbaycanın yeni tarixini əhatə etməklə "Yeni neft strategiyası"nın yaranması ilə səciyyələnir. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşıma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş - “Əsrin müqaviləsi” imzalanıb. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.
"Neftçilər Günü" günü münasibətilə Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edərkən bildirmişdir ki: “Neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli peşədir, eyni zamanda, riskli, təhlükəli peşədir və bir daha demək istəyirəm ki, onların əməyi əsl qəhrəmanlıqdır.”
Ölkədə neftin çıxarılması qədim tarixə malikdir. Hələ 1848-ci ildə Abşerоnun Bibi-Heybət adlanan sahəsində ilk dəfə neft fоntan vurmuşdur və о vaxtdan, yəni 170 ildən artıqdır ki, Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı davam edir. Keçmiş Sоvetlər Ittifaqında neftin əsas hissəsi Azərbaycanın Abşerоn yarımadasında hasil оlunurdu. Bunun nəticəsində Abşerоn yarımadasında neft və neft məhsulları ilə çirklənmiş tоrpaqlar geniş sahədə yayılmış və bu tоrpaqların neftdən təmizlənib təsərrüfat üçün yararlı hala gətirilməsi əsas ekоlоji prоblemlərdən biri olmuşdur. Ancaq Cənab Prezident göstərişinə əsasən Bibiheybət qəsəbəsi və digər bütün qəsəbələri abadlaşdırılmalı, tarixi abidələr bərpa edilməli, orada insanlar üçün daha yaxşı şərait yaradılmalı, insanları narahat edən bütün problemlər həll olunmalıdır və bu qəsəbələr estetik cəhətdən müasir səviyyəyə uyğun olmalıdır. Ekologiyanın sağlamlaşdırılması üçün atılan addımlar xalqın, gələcək nəslin sağlamlığı üçündür. Ekoloji fəlakət zonalarını ekoloji cənnət zonalarına çevirməliyik
Bu gün hamıya bəllidir ki, Azərbaycan nefti, təbii resurslar tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir. 

Keçidlər