Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan dinc əhaliyə qarşı terror törədir

17 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə vermişdir. Müsahibədə sentyabrın 27-də səhər saatlarından Azərbaycana Ermənistan silahlı qüvvələri tərəfindən növbəti hücumun edilməsi qeyd edilmiş, bu hücumun baş verəcəyini, yəni Ermənistan müharibəyə hazırlaşdığını Cənab Prezident əvvəlcədən öz çıxışlarında dəfələrlə demişdir. Bundan da əvvəl mənfur düşmən iyul və avqust ayında təxribatlara əl atmış lakin Azərbaycan Ordusunun sayəsində onlara adekvat cavab verilmişdir. Son zamanlarda düşmən döyüş meydanında məğlubiyyətə uğradığına görə mülki şəxslərə atəş açır və bu günə qədər dinc əhali arasında 43 nəfər həlak olub, 200-dən çox yaralı olmuşdur. Üstəlik bununla bitməyərək terrorçuluq əməllərini davam edirlər, təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da yararsız hala salınıbdır. Əfsuslar olsun ki, humanitar atəşkəs elan olunduqdan sonra Ermənistan sərhədindən artilleriya atəşləri davam etməsi, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb. Buna cavab olaraq, Azərbaycan Ordusu özünü və mülki şəxsləri qorumaq üçün düşmənin hərbi hədəflərə zərbələr endirmişdir. Ancaq ermənilərdən fərqli olaraq biz heç vaxt mülki əhaliyə atəş açmamışıq. Odur ki, Ermənistan tərəfində itkilərin çox olması və ordumuzun işğaldan azad etdiyi torpaqların qisasını almaq üçün terrorçuluq əməllərinə əl atması hamıya çox aydındır.  Azərbaycanın rəşadətli ordusu döyüş əməliyyatlarında çoxlu uğurlar əldə edərək, düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail olmuşdur. Bir çox kəndlərimiz, şəhərlərimiz və strateji yüksəkliklərimiz düşmən tapdağından azad edilmişdir. Beləliklə, azad etdiyimiz yerlərə baxaraq demək olar ki, Azərbaycan Ordusunun qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirəcək gücü  və potensialı vardır. İnternetdə Ermənistan Silahlı Qüvvələrin hərbi texnikaların vurulma kadrlarından görmək olar. Ordumuz pilotsuz zərbə uçuş aparatlarından məharətlə istifadə edərək, düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv etmişdir. Eyni zamanda çoxlu sayda hərbi texnika qənimət kimi götürülmüşdür.
Ümumiyyətlə, Azərbaycan öz ərazisini bütövlüyünü təmin edəcəkdir. Beynəlxalq hüquqi normalara əsassən Azərbaycan və Ermənistanın bundan əvvəlki rəhbərliyi baza prinsiplərinə uyğun mövqe qoyaraq münaqişənin həll yoluna nail olunacaq idi. Lakin yeni Ermənistan hərbi siyasi rəhbərliyi bu prinsipləri heçə sayaraq, bütün danışıqlar formatını dəyişmək istəyini ortaya qoydu. Əlbətdə bu, Azərbaycanın maraqlarına  cavab vermədiyini və ATƏT-in minsk qrupunun həmsədrləri tərəfindən rədd edilyini gördük. Azərbaycan hər zaman sülh tərəfdaşı olduğunu və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin Azərbaycan ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarının mövqeyini ortaya qoyduğunu görmüşük. İşğal olunmuş əraziləri mərhələli şəkildə azad edilməli və sonda Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır.  Lakin düşmənin sülh naminə heç bir addım atmaması və əksinə olaraq yeni torpaq işğal etməsi arzusunu iyul ayında göründü. Heç kim şübhə etməz ki, Azərbaycan xalqı işğalçı  düşmənə qarşı Vətən müharibəsi aparır. Buna görə də Azərbaycan xalqı Prezident İlham Əliyevin uğurlu siyasətinə yüksək dəyər verir. Cənab Prezidentin əsas amalı Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğu bütün illər ərzində verdiyi vədləri yerinə yetirmək və onun ərazi bütövlüyünü təmin etməkdir. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz və Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək.
Tarixə nəzər salsaq görər ki, ermənilər heç bir zaman Azərbaycan torpaqlarında olmayıb və heç zaman tarixi sənədlərdə xalq olaraq adları belə çəkilməyibdir. Prezident İlham Əliyevin müsahibədə bildirdiyi kimi: “XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil, - onun statusu məhz belə olub, - Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib. Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb. Bu, həmin torpağın tarixən kimə məxsus olması barədə. Rusiya imperiyası dağılandan sonra, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti bütün bu ərazilər çərçivəsində yaradılmışdı. Üstəlik, Azərbaycan Xalq Cümhuriyyəti onun yaradılmasının elan edilməsinin ertəsi günü İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu da tarixi faktdır. 1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın, bəzi yalançı tarixçilərin dedikləri kimi Azərbaycana verilməsi haqqında deyil, onun Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etdi. Bu regionun tarixi belədir”. Bu tarixi faktlara əsaslanaraq demək olar ki, Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdırlar. Hər hansı bir qüvvə buna nifaq salmaq və ya müəyyən etimadsızlıq yarata bilməz. Bu gün Rusiya və Azərbaycan bir-birini strateji tərəfdaşları olmuş və münasibətlər irəli mərhələyə keçmişdir.

Keçidlər