Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Səbaildə keçirilən ağacəkmə aksiyasında 300-dən çox ağac əkilib

10 may 2021 | 16:00

Mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Səbail rayonu, Salyan şossesi 32 ünvanında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ağacəkmə aksiyası təşkil olunmuşdur. Tədbirdə RİH başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, rayon sakinləri, YAP fəalları və gənclər  iştirak etmişlər.
Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq Salyan yolu 32 ünvanında 300-dən artıq Eldar şamı, bəzək və gül kolları əkilmiş, onların mühafizəsi üçün qoruyucu zolaqlar çəkilmiş, əvvəl əkilən gül və yaşıllıqlara qulluq göstərilmişdir. Yüksək bayram əhval-ruhiyyəsində keçirilən tədbirdə ərazidə təmizlik işləri aparılmış, ağacların dibi quru otlardan, daş və məişət tullantılarından təmizlənmişdir. Yeni əkiləcək ağacların damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilmişdir.
Səbail rayonunda xalqımızın Ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş iməcliklər və ağacəkmə aksiyaları ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonun daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı və həmçinin səbaillilərin Ulu öndərimizin əziz xatirəsinin yad olunmasına bir töhfə olmuşdur.

 

Keçidlər