Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilmişdir

15 iyun 2021 | 16:00

İyunun 15-də Səbail Rayon İcra Hakimiyyətində Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın şöbə müdirləri və əməkdaşları iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə  gül dəstələri qoymuşlar.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “15 iyun Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik tarixi bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan Ulu Öndər Heydər Əliyev olmuşdur. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə ictimai-siyasi, iqtisadi vəziyyət ziddiyyətli və mürəkkəb idi. Bir tərəfdən erməni faşistlərinin Azərbaycana qarşı ərazi iddiaları nəticəsində cəlb olunduğumuz müharibə, digər tərəfdən də ölkədə hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin çəkişmələri ümumi vəziyyəti olduqca gərginləşdirmişdi. Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə xalq yeganə çıxış yolunu xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü. Həmin gündən başlayaraq Azərbaycan dünya ölkələri ilə, xüsusən qonşu dövlətlərlə sağlam münasibətlər yaratmaq və inkişaf etdirmək xətti götürdü. Ölkədə separatizm, dövlət çevrilişi cəhdləri qətiyyətlə dəf edildi. Ulu öndərin yaradtdığı dövlətçilik ənənələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan dövləti kimi böyük nüfuz qazanıb. Bu illərdə Azərbaycan Ordusu ən müasir standartlar səviyyəsində gücləndirilib, döyüş imkanlarını hərb sənayesinin yeniliklərinə uyğun artırıb. Yenilikçi rəhbər olan cənab İlham Əliyev Ali Baş Komandan kimi ordumuzun da müasir çağırışlarla ayaqlaşmasını təmin edib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsini şərtləndirən amillər əsgərlərimizin vətənpərvərliyi və yüksək döyüş ruhu ilə yanaşı, həm də ordumuzun müasir hərbi imkanlara malik olmasıdır. Bu ordu qarşısında duran tarixi missiyanı, yaradıcısı olan Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi. Ulu öndərin xalqımıza bəxş etdiyi əbədi müstəqillik cənab Prezident İlham Əliyevin uğurlu siyasəti və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyeva tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində əldə edilən nailiyyətlər ilə daha da möhkəmləndirilib, ölkəmiz tarixinin ən qüdrətli dövlətinə çevrilib və hərtərəfli inkişaf üstündə qurulmuş ölkə kimi tarixi yolunu inamla davam etdirir”.
Tədbir zamanı qeyd olunmuşdur ki, vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda Ulu Öndən Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Tədbirin sonunda 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı Ulu Öndərin həyatı və yorulmaz fəaliyyətindən, eləcə də tədbir iştirakçılarına təsirli anlar yaşadan illər öncə Ümummilli Liderin sarsılmaz inamla söylədiyi fikirlərinin əks olunduğu videoçarx nümayiş etdirilmişdir.

Keçidlər