Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İsmayıl Hüseynovun doğum günü münasibətilə məzarı ziyarət edildi

18 iyun 2021 | 16:00

Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Hüseynov İsmayıl Şahvələd oğludur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş İsmayıl Hüseynovun bu gün doğum günüdür.
İyunun 18-də Səbail RİH başçısı Vuqar Zeynalov və RİHB-nın məsul əməkdaşları tərəfindən şəhid Hüseynov İsmayıl Şahvələd oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq,  xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər