Şriftin ölçüsü :

Saytın rəngi :

Etik davranış

Səbail rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» və «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə bağlı 2017-ci il ərzində müvafiq tədbirlər həyata keçirilmişdir.
     «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın 10.1-ci bəndinə uyğun olaraq dövlət qulluqçularının etik davranışı üzrə  2017-ci il üçün rayon İcra Hakimiyyətinin «İş Planı»nın təqvimi üzrə RİH başçısı aparatının, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə «Peşəkarlıq və fərdi məsuliyyətin artırılması», «İctimai etimad», «Dövlət qulluqçularının fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması», «Dövlət qulluqçularının fəaliyyətində insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunması», «Dövlət qulluğunda idarəçilik və davranış mədəniyyəti»,  «Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi» mövzusunda treninqlər keçirilmiş, il ərzində hər rübün yekunu üzrə rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş RİH Başçısı yanında Şuranın geniş yığıncaqlarında dövlət qulluqçularının etik davranış qaydalarına dair görülmüş işlər barədə məlumatlar  verilmişdir.
     «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin müddəalarından irəli gələn tələblərə əməl olunması Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanmışdır.
     Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçularının xidməti davranışlarının nəzarət qaydasında «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğunluğu təhlil edilir, dövlət qulluqçularının etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə fərdi qaydada söhbətlər aparılmış, zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.
     Hesabat dövründə etik davranış qaydalarının pozulması hallarına yol verilməmiş və intizam tənbehi tətbiqinə əsas olmamışdır.
     «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» və «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılaraq bu sahədə işlər davam etdirilir.

 

Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatı

«Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın icrası ilə bağlı

Dövlət qulluqçularının etik davranışı üzrə  2014-cü il üçün

İŞ PLANI

Sıra №№

              Tədbirin adı

     Tədbirin vaxtı

       Qeyd

1.

2013-cü ilin yekunlarına dair  İH-nin hesabatlarında dövlət qulluqçularının etiq davranış qaydalarına dair görülmüş işlər barədə məlumatların əks etdirilməsi

Yanvar 2014-cü il

 

2.

 RİH başçısı aparatının, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə «Peşəkarlıq və fərdi məsuliyyətin artırılması» mövzusunda təlim keçirilməsi

Fevral 2014-cü il

 

3.

 RİH başçısı aparatının, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə «İctimai etimad» mövzusunda təlim keçirilməsi                                                                                                                                                                                                    

Mart 2014-cü il

 

4.

2014-cü ilin birinci rübünün yekunlarına dair  İH-nin hesabatlarında dövlət qulluqçularının etiq davranış qaydalarına dair görülmüş işlər barədə məlumatların əks etdirilməsi

Aprel 2014-cü il

 

5.

 

RİH başçısı aparatının, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə «Dövlət qulluqçularının fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması» mövzusunda təlim keçirilməsi

May 2014-cü il

 

6.

RİH başçısı aparatının, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə «Dövlət qulluqçularının fəaliyyətində insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunması» mövzusunda təlim keçirilməsi

İyun 2014-cü il

 

7.

2014-cü ilin birinci yarısının yekunlarına dair  İH-nin hesabatlarında dövlət qulluqçularının etiq davranış qaydalarına dair görülmüş işlər barədə məlumatların əks etdirilməsi

İyul 2014-cü il

 

8.

RİH başçısı aparatının, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə «Dövlət qulluğunda idarəçilik və davranış mədəniyyəti» mövzusunda təlim keçirilməsi

Sentyabr 2014-cü il

 

9.

2014-cü ilin doqquz ayın yekunlarına dair  İH-nin hesabatlarında dövlət qulluqçularının etik davranış qaydalarına dair görülmüş işlər barədə məlumatların əks etdirilməsi

Oktyabr 2014-cü il

 

10.

RİH başçısı aparatının, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə «Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi» mövzusunda təlim keçirilməsi

Noyabr 2014-cü il

 

11.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu üzrə Komissiyaya təqdim edilməsi üçün «Etik davranış məsələləri üzrə illik hesabat»ın hazırlanması      

Dekabr 2014-cü il

 

 

 Qeyd: Tədbirlərin keçirilməsinə məsul şəxs etik müvəkkildir.

Keçidlər