Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun deputatları

​Nigar Cavid qızı Arpadarai - Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı.

2006-cı ildən 2009-cu ilə qədər Arpadarai öncə Avropa Komisiiyasının Azərbaycandakı Xüsusi Elçisinin Ofisinin Əlaqələndirici Şəxsi, sonradan isə Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyinin Mətbuat Katibi vəzifələrində fəaliyyət göstərmişdir. 2009-cu ildə Azerfon şirkətində çalışaraq Marketinq Ünsiyyət vasitələri, Brendin Strateji Mövqeləndirilməsi üzrə menecer vəzifələrində çalışmışdır. 2012-ci ildə Azerfon şirkətinin Korporativ Ünsiyyət bölümünə rəhbərlik edib.

2016-cı ildən 2019-cu ilə qədər Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Departamentinin direktoru olub.
2020-ci ildə 29 saylı Səbail seçki dairəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvüdür.
 Ailəlidir, iki övladı var.

 

 

Ziyad Əliabbas oğlu Səmədzadə (25 iyun 1940, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan alimi, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (1989), Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Ziyad Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir.
1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alır.1977-ci ildə ona professor adı verilir.
1976-1978-ci illərdə o, Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu direktorunun birinci müavini, 1978-82-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olmuşdur.
1980-ci ildə Z.Səmədzadə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilir.
1983-1993-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsi iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TASİS və TRASEKA proqramları üzrə Azərbaycanın Milli Koordinatoru olmuşdur.
Ziyad Səmədzadə Azərbaycan Respublika Ali Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir. Ali Sovetin onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən sessiyasında müstəqillik haqqında Konstitusiya aktı qəbul edilmişdir.
Z.Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidentidir.
Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri kimi respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının reallaşması məsələlərinin həllində fəal iştirak edir.
2020-ci ildə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvüdür.
Ailəlidir, iki övladı, dörd nəvəsi var.

Keçidlər