İnfrastruktur
İnfrastruktur
Rayonda vacib infrastruktur obyektləri:
- 2011-ci il yanvar ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə «Bakıelektrikşəbəkə» ASJ-nin Səbail rayonu ərazisində yerləşən yeni inşa olunmuş «Badamdar», «Dağüstüpark», «İçərişəhər» yarımstansiyalarının açılış mərasimləri keçirilmişdir. Həmin gün Səbail rayon Enerci təchizatı və satış idarəsinin inzibati binası da istifadəyə verilmişdir.
Bu yarımstansiyaların işə başlaması ilə rayonun, eləcə də şəhərin mərkəz hissəsindəki müəssisə, idarə və təşkilat, obyektlərin, istirahət mərkəzlərinin elektrik enercisi ilə təchizatında ciddi keyfiyyət dəyişiklikləri əldə olunmuşdur.
2012-ci il mart ayının 16-da ölkə başçısı cənab İlham Əliyev tərəfindən Neftçilər prospektində «Bakıelektrikşəbəkə» ASJ-nin yeni «İçərişəhər» yarımstansiyasının açılışı keçirilmişdir. «İçərişəhər» yarımstansiyası «Müşviq-Xırdalan» sistem yarımstansiyaları arasında yaradılmış 110 kilovoltluq iki şüalı, Bakı I Dairəvi elektrik sxeminin tərkib hissəsi olaraq «Siemens» şirkətinin əməkdaşları tərəfindən quraşdırılan eleqaz izolə sistem şinli yarımstansiyadır. «İçərişəhər» yarımstansiyası şəhərin mərkəzi hissələrini, yarımstansiyanın ətrafındakı obyektlərin, yaşayış sahələrinin enerci təchizatını təmin etməklə yanaşı, həm də dairəvi sxemin yaradılmasında texniki əhəmiyyət kəsb edən və hazırda uğurla istismar olunan güc yarımstansiyasıdır. Yarımstansiyanın 35 və 6 kilovoltluq dövrələrindən qidalanan şəbəkələr, digər qovşaq yarımstansiyalarının şəbəkələri ilə əlaqələndirilərək etibarlı və dayanıqlı şəbəkə yaradılmışdır.
2012-ci ilin 1-ci yarısında əlavə olaraq «Bayraq Meydanı», «Yeni Bayıl» yarımstansiyaları da istismara verilmişdir.
- rayonun bütün yaşayış məntəqələri və sahələri fasiləsiz elektrik enercisi ilə təmin olunmuşdur. Bütün elektrik enercisi istehlakçıları sayğaclarla təchiz edilmişdir.
- rayonun bütün yaşayış məntəqələri və sahələri fasiləsiz olaraq təbii qazla təmin olunmuş, abonentlərin sayğaclaşdırılması işləri başa çatdırılmışdır.
- rayon ərazisi, eləcə də qəsəbə və yaşayış sahələri stasionar telefonla təmin olunmuş, bütün mövcud ATS-lər elektronlaşdırılmışdır. Rayon sürətli internet şəbəkəsi ilə təmin olunmuşdur.
- Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri – Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə əlaqədar 2009-cu ildən etibarən Badamdar qəsəbəsi 3-cü yaşayış massivində «Azərsu» SJ tərəfindən 10 ədəd yeni su anbarının inşasına başlanaraq artıq 5 ədəd su anbarı istifadəyə verilmiş, qalanlarında isə tikinti işləri davam etdirilir. Bu işlər tam həcmdə həyata keçiriləndən sonra əvvəllər günaşırı su ilə təmin olunan Badamdar qəsəbəsi, həmçinin içməli su təminatı ilə bağlı problemli yer sayılan Bayıl-20-ci yaşayış sahəsinin sakinləri gün ərzində su ilə təmin olunacaqlar.
- 2012-ci il may ayının 7-də ölkə başçıs cənab İlham Əliyev Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin açılışında iştirak etmişdir. 8 zolaqlı yolun ətrafında yeni infrastuktur yaradılmış, kommunikasiya xətləri yeniləşdirilmişdir. Hazırda həmin yolun Bibiheybət məscidi istiqamətində uzanan Əhəd Yaqubov küçəsinə birləşdirilməsi üçün işlər davam etdirilir.
- Rayon ərazisində 82,4 kilometr respublika əhəmiyyətli, 103,6 kilometr yerli əhəmiyyətli yollar vardır.
Gələcəkdə görüləcək infrastruktur layihələri:
- 2011-ci il may ayının 5-də Prezident cənab İlham Əliyev tərəfindən «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi barədə sərəncam imzalanmışdır.
Bu sərəncamda Səbail rayonuna geniş yer ayrılmış, RİH tərəfindən hazırlanmış rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün təklif olunan tədbirlərin böyük bir hissəsi Dövlət Proqramına daxil edilmişdir.
İlk növbədə Qaz təchizatı üzrə: Badamdar qəsəbəsinin 2-ci və 3-cü yaşayış massivlərinin, Bağlar küçəsinin, Bibiheybət qəsəbəsinin, Səlyan 32 ünvanda və Buxta küçəsində yaşayan sakinlərin qaz təchizatının yaxşılaşdırılması üçün yeni xətlərin çəkilməsi, istismara yararsız xətlərin yenilənməsi, yeni tikilən yaşayış evlərinin qazlaşdırılması; Elektrik enercisi təchizatı üzrə: rayon ərazisində 110 kV-luq hava elektrik verilişi xətlərinin yenidən qurulması, Badamdar qəsəbəsində 35/10 kV-luq yeni yarımstansiyanın tikintisi, Bibiheybət qəsəbəsində köhnəlmiş 5 ədəd yarımstansiya əvəzinə yeni 35/6 kV-luq yeni yarımstansiyanın tikintisi, 6-10 kV-luq kabel xətlərinin və KTM-lərin quraşdırılması, Transformator məntəqələrinin təmiri və yenilərinin tikintisi, 0,4 kV-luq şəbəkənin yenidən qurulması; Su təchizatı və kanalizasiya üzrə: Badamdar və Bibiheybət qəsəbələrinin, 20-ci yaşayış sahəsinin su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması, mərkəzdə yağış suları kollektorunun yenidənqurulması; İstilik təchizatı üzrə: - rayondakı 3 uşaq bağçası, 6 səhiyyə müəssisəsi üçün yeni istilik mənbələrinin yaradılması, binadaxili istilik sistemlərinin yenidən qurulması, Uşaq Gənclər Gimnastika məktəbi üçün yeni qazanxana tikintisi, 1 orta məktəb və 1 uşaq bağçasının daxili istilik sisteminin yenidənqurulması; Rabitə və informasiya sahəsi üzrə: - Badamdar və Bibiheybət qəsəbələrində yeni ATS binalarının tikintisi, Bibiheybətdə tutumu 2000 nömrə olan ATS-in quraşdırılması, 493/498 saylı ATS-lərin NGN texnologiyası əsasında rekonstruksiyası; Yol təsərrüfatı və nəqliyyat sahəsi üzrə: - rayon və qəsəbədaxili yolların tikintisi və təmiri; Ekologiya sahəsi üzrə: - Bayıl yamacı – 20-ci sahə arası yaşıllaşdırılmış ərazidə suvarma sisteminin qurulması; Təhsil sahəsi üzrə: - 8 orta məktəbin, 1 Peşə məktəbinin, 2 uşaq bağçasının, 1 Uşaq yaradıcılıq Mərkəzi və Texniki Yaradıcılıq Birliyinin əsaslı təmiri, 1 orta məktəb üçün yeni akt və idman zallarının, Badamdar qəsəbəsində 880 şagird yerlik yeni orta məktəbin və 120 yerlik uşaq bağçasının tikintisi; Səhiyyə sahəsi üzrə: - 3 poliklinikanın və 1 dispanserin əsaslı təmiri və Badamdar qəsəbəsində yeni xəstəxana binasının tikintisi; Mədəniyyət sahəsi üzrə: - Bibiheybət qəsəbəsində mədəniyyət evi və kitabxananın əsaslı təmiri; Gənclər və İdman sahəsi üzrə: - Badamdar qəsəbəsində yeni idman zalının tikintisi nəzərdə tutulmuşdur.
- 2012-ci il iyun ayının 20-də Bakı şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Konfransdan dərhal sonra ölkə başçısı cənab İlham Əliyevin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın Əlavə Tədbirlər Planı təsdiq olunmuş və bu plana uyğun olaraq Səbail rayonunda təhsil sahəsi üzrə 6 bənd, Əhalinin təhlükəsizliyi tədbirləri üzrə isə 5 əlavə bənd Dövlət Proqramına salınmışdır.
Belə ki, təhsil sahəsi üzrə 2012-2013-cü illərdə rayondakı 7, 163 saylı orta məktəblərin binalarının, 190 saylı orta məktəbin akt və idman zalının, 157 saylı uşaq bağçasının, «Turac» uşaq bağçasının binalarının əsaslı təmiri, 70 saylı uşaq bağçasının əsaslı təmiri və əlavə musiqi zalı və 3 otağın tikintisi, Əhalinin təhlükəsizlik tədbirləri üzrə 2012-2013-cü illər ərzində Bibiheybət qəsəbəsində və Badamdar qəsəbəsində yanğından mühafizə bölməsinin tikintisi, həmçinin Badamdar qəsəbəsi 1-ci, 2-ci və 3-cü yaşayış massivlərində hər birinin həcmi 100 kubmetr olan 3 ədəd yanğına qarşı su hovuzlarının tikintisi nəzərdə tutulmuşdur.