Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib

31 iyul 2026 | 15:31

Səbail Rayon İcra Hakimiyyətində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri Eldar Ağayev, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, Səbail Bələdiyyəsinin İctimai-siyasi məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva və Səbail Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları iştirak etmişlər.

Çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycan dili xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin və dövlətçiliyinin əsas sütunlarından biridir. Bildirilmişdir ki, Ümummilli lider Heydər Əliyev ana dilimizin dövlət dili kimi inkişafı, qorunması və zənginləşdirilməsi istiqamətində mühüm xidmətlər göstərmiş, onun təşəbbüsü ilə Azərbaycan dilinin hüquqi statusu daha da möhkəmləndirilmişdir. Vurğulanmışdır ki, bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan dilinin saflığının qorunması, tətbiq dairəsinin genişləndirilməsi və dünya miqyasında təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Tədbirin sonunda Azərbaycan Əlifbası və Azərbaycan Dilinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Keçidlər