Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

01 oktyabr 2025 | 14:18

Səbail rayonunda 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Səbail Rayon Prokuroru Natiq Əsədov, Səbail Rayon Polis İdarəsinin rəisi Hikmət Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rayon İdarəsinin rəisi Tuncay Məmmədov, Səbail Rayon Məhkəməsinin sədri Azər Paşayev, RİHBA-nın şöbə müdirləri və Səbail rayon prokurorluğunun əməkdaşları iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə prokurorluğunun müasir tələblərə cavab verən orqan kimi təkmilləşməyə başlandığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələri ilə həyata keçirilən köklü islahatlar sayəsində Azərbaycan prokurorluğunu insan hüquq və azadlıqlarının layiqli müdafiəçisinə çevirən etibarlı dövlət orqanı kimi formalaşdığını qeyd etmişdir.

Daha sonra çıxış edən Səbail Rayon Prokuroru Natiq Əsədov prokurorluq orqanlarının keçdiyi şərəfli tarixdən, prokurorluğa göstərilən dövlət qayğısından bəhs edərək prokurorluq orqanlarının dövlət orqanları sistemindəki rolunu diqqətə çatdırmışdır.

Tədbir zamanı prokurorluq əməkdaşları bundan sonra da dövlətçiliyimizin, suverenliyimizin qorunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində yüksək məsuliyyət hissi ilə çalışacaqlarını bildirmişlər.

Keçidlər