Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

02 oktyabr 2023 | 11:42

Səbail rayonunda Prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səbail Rayon Prokuroru Natiq Əsədov, Səbail Rayon Polis İdarəsinin rəisi Hikmət Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rayon İdarəsinin rəisi Tuncay Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev və Səbail rayon prokurorluğunun əməkdaşları iştirak etmişlər.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə prokurorluğunun müasir tələblərə cavab verən orqan kimi təkmilləşməyə başlandığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələri ilə həyata keçirilən köklü islahatlar sayəsində Azərbaycan prokurorluğunu insan hüquq və azadlıqlarının layiqli müdafiəçisinə çevirən etibarlı dövlət orqanı kimi formalaşdığını qeyd etmişdir.

Daha sonra çıxış edən Səbail Rayon Prokuroru Natiq Əsədov prokurorluq orqanlarının keçdiyi şərəfli tarixdən, prokurorluğa göstərilən dövlət qayğısından bəhs edərək prokurorluq orqanlarının dövlət orqanları sistemindəki rolunu diqqətə çatdırmışdır.

Tədbir zamanı prokurorluq əməkdaşları bundan sonra da dövlətçiliyimizin, suverenliyimizin qorunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində yüksək məsuliyyət hissi ilə çalışacaqlarını bildirmişlər.

Tədbirin sonunda səmərəli fəaliyyətinə görə Səbail rayon prokurorluğunun bir qrup əməkdaşı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşdur.

Keçidlər