Səbail rayonunda 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edilmişdir
İyunun 23-də Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Səbail Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, bələdiyyə sədrləri, RİHBA-nın və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov dövlət qulluqçularını təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. RİH başçısı Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramının təsis edildiyini qeyd edərək, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu, bu gün respublikamızda dövlət idarəetmə sistemində islahatların uğurla davam etdirildiyini bildirmişdir.
Daha sonra Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Səbail Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanları ilə təltif edilmişlər.