Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İsmayıl Hüseynovun ailə üzvlərinə “Vətən uğrunda” medalı təqdim edilmişdir

30 iyun 2021 | 16:00

İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid Hüseynov İsmayıl Şahvələd oğlunun ailə üzvlərinə Səbail Rayon İcra Hakimiyyətində medal təqdim edilmişdir. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri və RİHBA-nın məsul əməkdaşları iştirak etmişlər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanmışdır.
Tədbiri giriş sözü ilə açan Səbail RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “30 ilə yaxın işğal dövründə Azərbaycan Qarabağla bağlı siyasətində bir addım belə geriləmədi. İstər Ulu Öndər Heydər Əliyevin dövründə, istərsə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində aparılan siyasət öz bəhrəsini verdi, torpaqlarımız işğaldan azad olundu. Xalqımız Qurtuluş savaşında qalib gəldi. Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən aidiyyəti qurumlar tərəfindən qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin diqqət və qayğısını çəkən təxirəsalınmaz mühüm bir vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini, məhəbbətini gündən-günə artırır”.
Tədbirdə çıxış edən şəhidin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini qeyd edərək, üzləşdikləri çətinliklərin qısa zaman kəsiyində aradan qaldırılması və sosial təminatının yaxşılaşdırılması istiqamətində aparılan islahatlar və yüksək işlərə görə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər