Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

20 oktyabr 2013 | 15:00

Prezident İlham Əliyev andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad etdi.
Dövlət başçısı Ulu Öndərin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında baş əydi.
Sonra Prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və önünə gül dəstələri qoydular.
Dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzüldü.

Keçidlər