Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə məktəblilər arasında V Ümumrespublika Uşaq Forumunun seçim turu keçirilmişdir

25 avqust 2021 | 16:00

Avqustun 24-də Səbail Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Probləmləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə növbəti V Respublika Uşaq formunun Səbail rayon məktəbliləri arasında seçim turu keçirilmişdir. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, Səbail RİHBA-nın İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Bəylərova və bir qrup Səbail rayon məktəblisi iştirak etmişdir.
Tədbir zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin respublikamızda “Uşaq ili” elan edilməsinin böyük təqdirəlayiq bir addım olduğunu vurğulayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova bu sərəncama əsasən, ölkəmizdə dövlət səviyyəsində proqramlar, layihələr hazırlanaraq həyata keçirildiyini bildirmişdir. O, Uşaq forumlarının uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından çox əhəmiyyətli olduğu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə çıxış edən Səbail RİHBA-nın İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Bəylərova qeyd etmişdir ki, dövlət səviyyəsində həyata keçirilən belə tədbirlər nəticəsində son dövrdə uşaq müəssisələri əsaslı şəkildə yenidən qurulmuş, regionlarda müasir tələblərə cavab verən uşaq bağçaları, məktəblər, səhiyyə müəssisələri tikilmiş, ana və yeni doğulmuş uşaqlar arasında ölüm halları xeyli azalmışdır. Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz fəaliyyətini xüsusi vurğulayan Nigar Bəylərova xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlərin əsl mərhəmət və humanistlik nümunəsi olduğunu bildirmişdir.
Tədbir zamanı qeyd olunmuşdur ki, Ümumrespublika Uşaq forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından çox əhəmiyyətlidir.
Daha sonra şagirdlərə forum haqqında videoçarx nümayiş etdirilmiş və tədbirin sonunda forumda iştirak üçün şagird sayı müəyyən edilmişdir.

Keçidlər