Səbail rayonunda yerləşən quru otlaq sahələrində növbəti iməcilik aksiyası
Səbail rayonunda aparılan quruculuq və abadlıq işləri çərçivəsində quru otlaq sahələrində yanğınların baş verməsinin qarşısının alınması ilə əlaqədar qabaqlayıcı təhlükəsizlik tədbirləri davam edir.
Belə ki, avqustun 26-da Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail Rayon Mənzil Komunnal Təsərrüfat Birliyinin, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və Bələdiyyələrin əməkdaşları tərəfindən Bayıl yaşayış sahəsində yerləşən Xanlar parkında və ətrafında 12 min kv.m-dən artıq quru otlaq sahəsində iməcilik aksiyası keçirlimiş, qeyd olunan ərazi məişət və sənaye tullantılarından təmizlənmişdir.
Havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və yaşıllıqları qorumağa çağırırıq.