Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etmişdir

20 oktyabr 2013 | 15:00

Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət etmişdir.
Dövlət başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr etdilər.

Keçidlər