Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 239 nömrəli tam orta məktəbdə 27 sentyabr – Anım günü ilə əlaqədar tədbir keçirilmişdir

24 sentyabr 2021 | 16:00

Sentyabrın 24-də Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 239 nömrəli tam orta məktəbdə “Qarabağ Azərbaycandır” lektoriyasında “Səbail Rayon Şəhidləri” guşəsinin açılışı ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, 239 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak etmişlər.
Tədbir məktəbin həyətində ibtidai sinif şagirdlərinin ifasında “Biz Sizinlə Fəxr Edirik” adlı kompozisiyanın təqdimatı ilə başlamışdır. Daha sonra tədbir “Heydər Əliyev və Tarixi Həqiqətlər” lektoriyasında davam etmişdir. Məktəbin direktoru Sədaqət Əzimova çıxış edərək tədbir iştirakçılarına məktəbdə fəaliyyət göstərən “Qarabağ Azərbaycandır” lektoriyası haqqında məlumat vermişdir. 
Tədbir zamanı çıxış edən Səbail RİHB-nın müavini Kəmalə Həşimova bildirmişdir ki: “Hər bir günü qəhrəmanlıq dastanı, hər bir günü bizim üçün əziz, doğma olan 44 günlük Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Uzun illər düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Biz bu qələbəni, bu xoşbəxtliyi, bu qüruru bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, bizim qəhrəman hərbçilərimizə, şəhidlərimizə borcluyuq. Şəhid ailələri cəmiyyətin həssas kateqoriyasıdır. Bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Cənab Prezident mütəmadi olaraq əlillər, şəhid ailələri ilə görüşlər keçirir. Ölkə rəhbərinin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşməsi, onların problemlərini dinləməsi hakimiyyətin xalqla birgə olduğunun göstəricisidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcəkdir”.
Daha sonra şəhid ailəsi olaraq hər zaman qayğı ilə əhatə olunduğunu qeyd edən şəhid anası Mehriban Qurbanova bildirmişdir ki: “Məsələ yalnız dövlətin şəhid ailələrinə göstərdiyi maddi yardımda deyil, önəmli bir şərt də bizə bəslənən ehtiram, daim sayılıb-seçilməyimizdir. Bizə göstərilən diqqət və qayğıya görə ölkə başçımıza və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarıq, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursu birmənalı dəstəkləyirik”.

Keçidlər