Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni təhsil ilinin başlanması münasibətilə şəhid İlkin Əhədzadənin övladları ilə görüş keçirilib

26 sentyabr 2021 | 16:00

Sentyabrın 25-də Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin mayoru Əhədzadə İlkin Qələmşah oğlunun övladları ilə görüş keçirilmişdir. Görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları və şəhidin ailə üzvləri iştirak etmişlər.
Yeni təhsil ilinin başlanması münasibətilə şəhid övladlarını təbrik edən Səbail RİH başçısının müavini Kəmalə Həşimova Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu qeyd etmişdir. Azərbaycan qəhrəmanlarının həyatlarının şagirdlər üçün hər zaman örnək olacağına və onların da ataları kimi Vətənə layiqli övlad kimi yetişəcəyinə əminliyini ifadə edən Kəmalə Həşimova Səbail rayonunda hər bir şəhid ailəsinin və qazilərin Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və tövsiyyələrinə uyğun olaraq diqqətdə saxlanıldığını və onların qarşılaşdığı hər bir probleminə həssaslıqla yanaşıldığını bildirmişdir.
Dövlət qayğısını hər zaman hiss etdiklərini bildirən şəhidin ailə üzvləri Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda şəhidin övlalarına yeni tədris ilinin başlanması ilə əlaqədar dərs ləvazimatlarından ibarət hədiyyələr təqdim olunmuşdur.
Müharibənin ilk günlərindən döyüşə atılan Əhəhzadə İlkin Qələmşah oğlu Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə düşmən mərmisinə tuş gələrək oktyabrın 1-də şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir daha ehtiramla yad edirik.

Keçidlər