Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində 27 sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

27 sentyabr 2021 | 16:00

27 sentyabr – Anım Günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov əməkdaşlar ilə birgə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Qeyd edirik ki, 27 sentyabr – Anım Günü ilə əlaqədar respublikamızda, eləcə də Səbail rayonunda bir sıra tədbirlər və anım mərasimləri təşkil edəcəkdir.

Keçidlər