Səbaildə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan ağacəkmə aksiyasında 500-dən çox ağac əkilib
27 sentyabr - Anım Gününə ehtiram əlaməti olaraq “Sahil bağı”nda Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunmuşdur. Tədbirdə RİH başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir torpaqlarımızın azadlığı uğrunda canından keçmiş əsgər və zabitlərimizin əziz xatirələrinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır.
Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq “Sahil bağı”nda 500-dən artıq müxtəlif növ ağaclar əkilmiş, onların mühafizəsi üçün qoruyucu zolaqlar çəkilmiş, əvvəl əkilmiş gül və yaşıllıqlara qulluq göstərilmişdir.