Səbail Rayon İcra Hakimiyyətində təcrübə keçən daha bir qrup könüllüyə sertifikatlar təqdim edilmişdir
Sentyabrın 28-də Səbail Rayon İcra Hakimiyyətində könüllülərlə keçdikləri təcrübə müddətinin başa çatması ilə əlaqədar görüş keçirilmişdir.
Görüşdə Azərbaycanda ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatların həyata keçirilməsi barədə söhbət açan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova vurğulamışdır ki: “Bu yüksək münasibətə cavab olaraq ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün daha səylə çalışır və Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər”. Eyni zamanda RİHB-nın müavini bildirmişdir ki: “Könüllülük fəaliyyətilə məşğul olan gənclər bir neçə istiqamət üzrə təcrübə keçiblər. İki ay müddətində onların təcrübi bilikləri artırılıb, yaradıcı və innovativ potensialının üzə çıxarılması istiqamətində iş aparılıb. Bu faəliyyət həm gənclər, həm də Səbail Rayon İcra Hakimiyyəti üçün faydalı olub”.
Tədbirdə çıxış edən könüllülər Şahinə Əliyeva və Əsmər Səmədova bu müddət ərzində İcra Hakimiyyətində böyük təcrübə və səriştə qazandıqlarını, bu təcrübənin onların gələcək əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandıqlarını qeyd etmişlər və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda Səbail Rayon İcra Hakimiyyətində könüllü gənclərə sertifikatlar təqdim olunmuş və onlarla xatirə şəkli çəkdirilmişdir.