Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların dam örtükləri təmir olunmuşdur

06 oktyabr 2021 | 16:00

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanalara baxış keçirmiş, müəyyən olunmuşdur ki, ümumilikdə 230 nəfər qaçqın və məcburi küçkünün məskunlaşdığı A.İsmayılov küçəsi 88/3 ünvanında yerləşən 46 ailənin yaşadığı Təhsil Nazirliyinə məxsus 3 saylı yataqxananın, Buxta küçəsi 212 ünvanında yerləşən 6 ailənin yaşadığı Bibiheybət NQÇ-yə məxsus inzibati binanın və Bibiheybət qəsəbəsində yerləşən 8 ailənin yaşadığı 26 saylı uşaq sanatoriyası binasının dam örtükləri yararsız vəziyyətdədir. Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəsmi müraciət ünvanlanmış, sözügedən ünvanlarda yerləşən yataqxanaların yararsız vəziyyətdə olan dam örtükləri təmir olunmuşdur.
Eyni zamanda Kəlbəcər rayonundan məcburi köçkün Həsənov Zakir İsmayıl oğluna məxsus F.Qurbanov küçəsi 8 ünvanında yerləşən cari ilin mart ayında baş vermiş qaz partlayışı nəticəsində yararsız vəziyyətə düşmüş fərdi yaşayış evi Səbail Rayon İcra Hakimiyyətinin rəsmi müraciəti əsasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təmir olunaraq məcburi köçkün ailəsinə təhvil verilmişdir.

Keçidlər