Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Vətən müharibəsi şəhidlərinin barelyeflərinin açılış mərasimi keçirilib

08 oktyabr 2021 | 16:00

Oktyabrın 8-də Səbail rayonu 162 nömrəli tam orta məktəbdə Vətən müharibəsində şəhid olmuş Ağayev Cavidan Mirzağa oğlunun, Hüseynov İsmayıl Şahvələd oğlunun, Tağıyev Əli Aydın oğlunun və Qənbərov Bilal Xanlar oğlunun, daha sonra 51 nömrəli tam orta məktəbdə Vətən müharibəsində şəhid olmuş Qurbanov Murad Asif oğlunun əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan barelyeflərin açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanmış, şəhidlərin barelyefləri önünə gül dəstələri düzülmüşdür.
Tədbir zamanı çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Bu siyasətin əsası isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün həmin siyasət yeni mərhələyə qədəm qoymuşdur. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən bu kateqoriyadan olan insanların problemləri daim diqqət mərkəzindədir, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Aparılan bu ardıcıl və sistemli tədbirlər dövlətin diqqət və qayğısını daim hiss edən müharibə veteranları, əlilləri və şəhid ailələri tərəfindən də yüksək qiymətləndirilir”.
Dövlət qayğısını hər zaman hiss etdiklərini qeyd edən şəhidlərin ailə üzvləri Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər