Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilmişdir

11 oktyabr 2021 | 16:00

Oktyabrın 11-də Səbail Rayon İcra Hakimiyyətində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə keçirilən tədbirdə RİHB-nın müavinləri,  RİHBA-nın məsul əməkdaşları, Səbail rayonu üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları və bələdiyyə sədrləri iştirak etmişlər.
Tədbirdə cıxış edən Səbail RİH başçısı Vuqar Zeylanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı naminə aparılan köklü islahatların, geniş vüsət alan abadlıq-quruculuq işlərinin, həyata keçirilən davamlı və kompleks tədbirlərin makroiqtisadi sabitliyin daha da möhkəmlənməsinə, ölkənin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verdiyini bildirmişdir. Daha sonra RİH başçısı tərəfindən 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında aparılan işlərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında geniş müzakirələr aparılmışdır.
Tədbirdə payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonunun küçə, prospekt, qəsəbələrarası və məhəllədaxili yollarının qardan təmizlənməsinə cəlb olunacaq texnikalar barədə və rayonun mərkəzi küçə, prospekt və məhəllədaxili yollarında səkilərin qardan təmizlənməsi işinin təşkili ilə bağlı məlumatlar verilmişdir. Eyni zamanda, kommunal xidmət sahələrinin rəhbərlərinə istilik qazanxanalarının, yaşayış binalarının, təhsil, səhiyyə, mədəniyyət və digər sosial yönümlü obyektlərin enerji daşıyıcıları və su ilə fasiləsiz təchiz olunmasının təmin edilməsi, havaların sərt keçməsi zamanı baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması məqsədi ilə mütəxəssislərdən ibarət 24 saat fəaliyyət göstərən qəza briqadalarının yaradılması, leysan və kanalizasiya şəbəkələrinin, baxış quyularının və yağış barmaqlıqlarının işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi, payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq etdikləri tədbirlər planlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi tapşırılmışdır.
Eləcə də qış mövsümündə sərnişin nəqliyyatının normal hərəkəti üçün küçə və yollarda vaxtı-vaxtında cari və əsaslı təmir işlərinin aparılması, təsdiq olunmuş siyahı üzrə tələb olunan texnikanın ayrılması, rayonun yol, prospekt və küçələrinin qardan təmizlənməsində iştirak edəcək idarə və müəssisələrin siyahısına uyğun küçə və yolların qardan təmizlənməsi və digər zəruri tədbirlərin vaxtında həyata keçirilməsi və qarlı, yağışlı günlərdə yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan yerlərdə nəzarəti gücləndirməsi dair tapşırıqlar verilmişdir.
Tədbirdə çıxış edən Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həsənov, Səbail rayon Sukanal İdarəsinin rəisi Rauf Osmanov, Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Ramil Məmmədov, Bakı Regional Qaz İstismar Departamentinin, Səbail rayon İstilik Sistemləri İstismar Sahəsinin rəisi Azər Əsədov və Azəriqaz İB Mərkəzi Rayon üzrə Texniki İstismar Xidmətinin böyük mühəndisi Emin Əsgərov çıxış edərək, 2021-2022-ci ilin payız-qış mövsümünə hazırlığın yekunu ilə əlaqədar tədbirlər planına uyğun görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barəsində məlumatlar vermişlər.
Müşavirəyə yekun vuran RİH başçısı bildirmişdir ki: “Hazırlıq işləri müəyyən olunmuş qrafik üzrə aparılmalı, rayonun bütün təsərrüfat obyektlərində çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülməli, mövcud vəziyyət təhlil edilməli və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlər yüksək səviyyədə həyata keçirilməlidir”.

Keçidlər