Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədli Cəmil Habil oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü ərəfəsində ailə üzvləri ziyarət olundu

15 oktyabr 2021 | 16:00

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri və məsul əməkdaşları Məmmədli Cəmil Habil oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü ərəfəsində ailə üzvlərini ziyarət etmişlər.
Görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə silahlı qüvvələrimiz, müzəffər ordumuz Qarabağda tarixi qələbə qazandılar. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunub. Azərbaycan dövləti hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşır. Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görülür”.
Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini,  şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.
Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədli Cəmil Habil oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları ilə təltif olunmuşdur.

Keçidlər