Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimizin ailə üzvlərinin yaşadığı ev təmir olundu

16 oktyabr 2021 | 16:00

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Nağıyev Əli Mehman oğlunun ailə üzvlərinin yaşadığı Səbail rayonu, Qurban Abassov küçəsində yerləşən ev Səbail Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı şəkildə təmir olunmuşdur. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nın müavinləri və məsul əməkdaşları şəhidin ailə üzvlərini ziyarət etmişlər və təmiri başa çatdırılan yaşayış evində aparılan işlərlə yaxından tanış olmuşlar.
Görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq bildirmişdir ki: “44 günlük Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi və 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edildi. Biz bu qələbəni, bu xoşbəxtliyi, bu qüruru bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə və qəhrəman hərbçilərimizə borcluyuq. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqaməti müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Hər şeydən öncə məhz xalqımızın qürur yeri olan bu ailələrin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib. Bu istiqamətdə ölkə başçısının tapşırıq və göstərişləri ilə ciddi, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir”.
Şəhid Əli Nağıyevin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Vətən müharibəsində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Nağıyev Əli Mehman oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər