Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda növbəti ümumrayon iməcliyi keçirilmişdir

06 noyabr 2013 | 16:00

Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının  təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində görülən işlər davam etməkdədir.
Səbail rayonda yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti genişmiqyaslı iməclik rayon Icra Hakimiyyətinin, təsərrüfat və digər  xidmətlərinin kollektivlərinin çoxsaylı nümayəndələrinin - ümumilikdə 250 nəfərin iştirakı ilə rayon İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarətdə saxlanılan – respublikamızın sakinləri  və paytaxtımıza gələn çoxsaylı qonaqların geniş istifadə etdiyi Bakı şəhərinin gənub-qərb giriş yolu olan, «Şıx» yaşayış sahəsində, Salyan yolu boyunca keçirilmişdir.
  İməclik ərəfəsində  hazırlıq işləri görülmüş,  lazımi miqdarda ləvazimat toplanılmış, ağacların suvarılması üçün 5000 metr uzunluğunda yeni xəttlər çəkilmiş və ən əsası isə burada əkilmək üçün dekorativ ağac və gül kolları alınmışdır. 
İlin əvvəlindən bu ərazilərdə təmizləmə işləri aparılımış, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilmiş, «Dostluq parkı»ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılmış, yeni torpaq qatı, yaşıl ot qatı salınmış,   yeni ağac, və dekorativ kollar əkilmiş, əraziyə xüsusi yaraşıq verən yaşıllıq güşələri yaradılmışdır.
Həmin ərazisində yerləşən, keçən əsrin 70-ci illərində Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmış «Dostluq parkı»nın ərazisində yeni veloparkın yaradılması məqsədi ilə böyük yenidənqurma işləri aparılıb, burada 20 mindən çox yeni Eldar şamı, sərv ağacı və xaricdən gətirilmiş müxtəlif bəzək ağacları və kollar əkilmişdir.
Keçirilən iməclik  ərzində burada 1000  ədəd yeni ağac əkilmiş, 7000 kvadrat metr sahəyə qazon otu səpilmiş, əlavə olaraq əvvəl əkilmiş  5000 ədəd ağaca qulluq göstərilmiş, ərazidə təmizlik işlərinə və  ağacların suvarma məsələlərinə xüsusi fikir verilmişdir.
Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloci tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı   olmuşdur.
İlin sonuna kimi Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin  davam etdirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər