Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

08 noyabr 2021 | 16:00

Noyabrın 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, gənc fəallar və rayon sakinləri iştirak etmişlər.
Tədbir torpaqlarımızın azadlığı uğrunda canından keçmiş əsgər və zabitlərimizin əziz xatirələrinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Keçirilən aksiyada ağaclar əkilən ərazilər daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənmiş, əkin üçün hazır vəziyyətə gətirilmişdir. Daha sonra Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq ümumilikdə 400-dən artıq müxtəlif növ ağaclar əkilmiş, onların mühafizəsi üçün qoruyucu zolaqlar çəkilmiş, yaşıllıq zonalarının ətraflarında quraşdırılmış infrastrukturlar yenilənmiş, əvvəl əkilmiş gül və yaşıllıqlara xüsusi qulluq göstərilmişdir.
Aksiyanın keçirilməsində məqsəd şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsinə, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən zəfərimizin sevinc hissinin daha da artırılmasına, ekoloji tarazlığın bərpasına və ətraf mühitin qorunmasına kömək məqsədi daşıyır.

Keçidlər