Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənov Vüsal Ariz oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu

03 dekabr 2021 | 16:00

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Həsənov Vüsal Ariz oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Vüsal Həsənov Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Dekabrın 3-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri və rayonun ictimaiyyət nümayəndələri şəhid Həsənov Vüsal Ariz oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü ərəfəsində onun ailə üzvlərini ziyarət etmişlər. İlk öncə Səbail rayonu, Badamdar qəsəbəsi, Gənclər küçəsində şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan şəhid Həsənov Vüsal Ariz oğlunun barelyefi önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır. 
Görüş zamanı çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il, sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin əbədi qəlbimizdə yaşayacağını, dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunacağını bildirmişdir. 
Şəhidin anası Mərifət Həsənova şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində aparılan islahatlar və yüksək işlərə görə dərin minnətdarlığını bildirmişdir.

Keçidlər