Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda tədbir keçirilmişdir

07 dekabr 2021 | 16:00

Dekabrın 7-də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi (DQİDK) və Səbail Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə H.Mahmudbəyov adına 2 saylı Texniki-humanitar elmlər liseyində “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Səbail RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, eyni zamanda RİH başçısı yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə” Monitorinq qrupunun üzvləri Şahin Talıbov və Abasağa Dərbəndli, DQİDK-nın əməkdaşları Nuru İmanov və Xalidə Rzayeva, 2 saylı Texniki-humanitar liseyin müəllim və şagirdləri, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri iştirak etmişlər.
Tədbirdə mövzunun əhəmiyyəti qeyd olunaraq bildirilmişdir ki, məişət zorakılığı ilə bağlı problemlərin hələ də öz aktuallığını saxlamaqdadır. Ölkədə məişət zorakılığına qarşı məqsədyönlü tədbirlərin həyata keçirilir, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunmuşdur. Qadın hüquqlarının qorunması, xüsusilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazasının yaradıldığı vurğulanmışdır. Bu gün dünyanın ən mühüm problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün güclü qanunvericilik və dövlət dəstəyi ilə yanaşı, cəmiyyət özü, xüsusilə vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməli olduğu xüsusi ilə qeyd olunmuşdur.
Sonda tədbir iştirakçilarının sualları cavablandırılmışdır.

Keçidlər