Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin problemlərinin öyrənilməsi məqsədilə Səbail rayonu 20-ci yaşayış sahəsində görüşlər keçirilmişdir

21 dekabr 2021 | 16:00

Dekabrın 21-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayonu, 20-ci yaşayış sahəsi ərazisində bir qrup sakinlə görüş keçirmişdir. Görüşdə RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, 2 saylı SİƏD üzrə nümayəndəliyin və Səbail bələdiyyəsinin əməkdaşları iştirak etmişlər.
Görüşdə iştirak edən sakinlər məhəllədaxili yolların asfaltlanması, içməli su və kanalizasiya xətlərinin çəkilməsi və bir sıra digər məsələlər ilə bağlı müraciət etmişlər. Görüş zamanı sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onlara müvafiq izahatlar verilmiş, müraciətlər qeydiyyata alınaraq onların həlli istiqamətində aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər