Səbaildə YAP-nın yaranmasının 21-ci ildönümü qeyd olunmuşdur
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının «Şəhidlər Xiyabanı»ndakı qərargahında Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Səbail rayon təşkilatı rəhbərliyi, Səbail rayon Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, rayondakı bir sıra ictimai təşkilatların, yerli bələdiyyələrin, rayon ictimaiyyətinin nümayəndələrinin və digər qonaqların iştirakı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev tədbir iştirakçıları və qonaqları salamlayaraq, əlamətdar günün əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, ölkədə ictimai-siyasi prosseslərin kifayət qədər mürəkkəb şəraitdə cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas və aparıcı siyasi qüvvəyə çevrilən siasi qurum olub.
Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqı xədmət missiyasını şərəflə yerinə yetirib. Ulu öndən Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan xilas olaraq inkişafa nail olmuşdur. Bu gün partiyaya rəhbərlik edən Ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin iqtisadi, siyasi, mədəni və digər sahələrdə inkişafı istiqamətində mühüm addımlar atır, Azərbaycan günü-gündən tərəqqi və inkişaf yolu ilə irəliləyir. Ötən ay keçirilən prezident seçkilərində YAP namizədi İlham Əliyevin yenidən və böyük səs çoxluğu ilə ölkə Prezidenti seçilməsi xalqımızın qələbəsidir.
Tədbirdə YAP Siyasi Şurasının üzvü, YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov Yeni Azərbaycan Partiyasının yaranması və qısa müddət ərzində ölkədə aparıcı siyasi qüvvəyə çevrilməsində Ümummmilli liderimiz Heydər Əliyevin əvəzsiz rolu, 21 il ərzində partiyanın əldə etdiyi nailiyyətlər, ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün həyata keçirdiyi işlər barədə geniş məruzə ilə çıxış etmişdir. 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmadan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. Məhz həmin dövrdə yeni yaranan partiya möhkəmləndi və inkişaf etdi, ölkədə əmin-amanlığın yaradılması, iqtisadi inkişafa başlanmasına öz töhfələrini verdi. Bu gün YAP-ın sıralarında birləşən yüz minlərlə insan Ulu öndən Heydər Əliyevin davamçılarıdır. Yeni Azərbaycan Partiyasının ilk yaranan rayon təşkilatlarından biri olan Səbail rayon təşkilatında bu gün 107 ilk ərazi təşkilatında 22636 nəfər üzv vardır. Təşkilat üzvlərinin 55,7%-ni qadınlar təşkil edir, təşkilatın 65,2%-i gənclərdir. Natiq bidirmişdir ki, YAP bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, ideyalarını yaşadır və bunun timsalında müasir, yeni Azərbaycan yaranır.
Toplantıda çıxış edən Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Beynəlxalq Avrasiya Fondunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının katibi Ümid Rəhimoğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev, ğüharibə veteranı Cəbrayıl Əliyev, istefada olan polkovnik Əzizağa Qənizadə, veteranlar Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının uğurlarından danışmışlar. Qeyd olunmuşdur ki, ölkədə əldə olunan uğurlar YAP-ın hər bir üzvünün sevincidir. Bundan sonra da ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında hər bir YAP üzvü böyük qələbələrə imza atacaq.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənmiş bir qrup veterana Fəxri Fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük biletləri təqdim olunmuşdur.