Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhid ailələrinin iştirakı ilə tədbir keçirilmişdir

22 dekabr 2021 | 16:00

Dekabrın 22-də Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhid ailələrinin iştirakı ilə tədbir keçirilmişdir. Səbail rayon İcra Hakimiyyətinin akt zalında keçirilən bayram tədbirində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov  31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar tədbir iştirakçılarını təbrik edərək bildirmişdir ki: “Bu tarix xalqımızın birlik günüdür. Bu günü dünyanın 70-dən çox ölkəsində yaşayan, 50 milyondan çox azərbaycanlı böyük ruh yüksəkliyi ilə qeyd edir”. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlılar! Harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən” müdrik kəlamını tədbir iştirakçılarının diqqətinə çatdıran RİH başçısı əsası Ümummilli lider tərəfindən qoyulmuş milli birlik və həmrəylik ideyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qorunduğunu və uğurla inkişaf etdirildiyini qeyd etmişdir. Daha sonra 44 günlük Şanli Zəfər tariximizdən bəhs edən RİH başçısı vurğulamışdır ki: “Ulu öndərin siyasi kursuna sadiq qalan, onun vəsiyyətinə əməl edən, Qarabağın xilas missiyasını şərəflə yerinə yetirib xalqı bir yumruq kimi birləşdirən Ölkə başçısı cənab İlham Əliyev qoruyub inkişaf etdirdiyi bu həmrəylik sayəsində böyük Qələbə şanlı tarix səhifəmizə yazıldı. Bununla da Azərbaycan xalqının məğrurluğu, yenilməzliyi və gücü bir daha bütün dünyaya sübut olundu. Vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza rəhmət, qazilərimizə şəfa diləyirik. Əminik ki, onların canı və qanı bahasına azadlığa qovuşan Vətən torpağı tez bir zamanda canlanacaq, çiçəklənəcək və nəsildən-nəslə ötürülərək daim qorunacaqdır”.
Tədbirdə çıxış edən millət vəkili Nigar Arpadarai ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.
Daha sonra 44 günlük Vətən müharibəsində Böyük Zəfər qazanmış Müzəffər Azərbaycan Ordusunun tərkibində döyüşlərdə iştirak edən Səbail rayon qaziləri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən təşkilat, müəssisə və digər xidmət sahələrinin nümayəndələri Səbail RİH başçısının Fəxri Fərmanları ilə təltif olunmuşlar.
Şəhid Qurbanov Murad Asif oğlunun anası Mehriban Qurbanova tədbir zamanı bütün şəhid ailələri adından çıxış edərək onlara göstərilən diqqətə və qayğıya, aparılan islahatlar və yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz dərin minnətdarlığını bildirmişdir.

Keçidlər