Bibiheybət məscidində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhid ailələri ilə görüş keçirilib
Səbail Rayon İcra Hakimiyyəti və Bibiheybət məscidinin birgə təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə şəhid ailələri ilə görüş keçirilmişdir. Bibiheybət məscidində təşkil olunan tədbirdə RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qabil Vahidov, QMİ-nin Qazılar Şurasının üzvü, Bibiheybət məscidinin axundu Hacı Rahib Babayev, Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir zamanı şəhid ailələri və Vətən müharibəsi qazilərinə Quran kitabları və bayram payları təqdim olunmuşdur.
Şəhidlərin ailə üzvləri və müharibə iştirakçıları hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.