Səbail rayonu 162 nömrəli tam orta məktəbdə "Narkomanlıq ümumbəşəri bəladır, ona qarşı mübarizə hamımızın vəzifəsidir" mövzusunda tədbir keçirildi
28 dekabr 2021-ci il tarixində Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin akt zalında "Narkomanlıq ümumbəşəri bəladır, ona qarşı mübarizə hamımızın vəzifəsidir" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri, Səbail RİH başçısının müavini Eldar Ağayev, Səbail Rayon Polis İdarəsinin rəisi polis polkovniki Hikmət Qasımov, RİHBA-nın məsul əməkdaşları, Azad Həyat Reabilitasiya Mərkəzinin narkoloqu Famin Nərimanov və 162 №-li tam orta məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak etmişlər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilmsi ilə başlanmış, daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Səbail RİH başçısının müavini Eldar Ağayev və Səbail Rayon Polis İdarəsinin rəisi Hikmət Qasımov mövzu ilə bağlı geniş çıxış etmişlər, mövzu ilə bağlı şagirdlərin sualları cavablandırılmışdır.
Tədbirin sonunda Daxili İşlər Nazirliyi tərəfindən xüsusi hazırlanmış, dünyada tüğyan edən narkomaniya adlı bəlanın bütün dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş etdirilmişdir.