Şriftin ölçüsü :

Saytın rəngi :

“Lovely Dent” klinikası tərəfindən şəhid ailələrinə təmannasız tibbi xidmətlər göstərilmişdir

05 yanvar 2022 | 16:00

Yanvarın 5-də Səbail Rayon İcra Hakimiyyəti və “Lovely Dent” klinikasının birgə təşkilatçılığı ilə qeyd olunan klinikada Səbail rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə təmannasız tibbi xidmətlər göstərilmişdir. “Lovely Dent” klinikasında 16 şəhid ailəsi həkim heyəti tərəfindən pulsuz müayinə və müalicə olunmuşdur.
Səbail RİH başçısının müavini Kəmalə Həşimova həm Vətən müharibəsindən əvvəl, həm də sonrakı dövrdə şəhid ailələrinin, qazilərin daim dövlətin diqqətində olduğunu, onların sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün zəruri olan bütün addımların atıldığının və bu qayğının dövlət siyasətinin əsas prioriteti kimi qiymətləndirildiyini bildirmişdir.
Klinikanın rəhbəri Xəyal Səmədov klinikada şəhidlərin ailə üzvlərinin və Vətən müharibəsi qazilərinin təmənnasız müalicəsi üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırmışdır.
Şəhidlərin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Səbail Rayon İcra Hakimiyyəti, eləcədə rayon sakinləri adından “Lovely Dent” klinikasına təşəkkürümüzü bildirir, gələcək işlərində uğurlar arzulayırıq.

Keçidlər