Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Bizim böyük Qələbəmiz” kitabının təqdimat mərasimi keçirilib

21 fevral 2022 | 16:00

21 fevral 2022-ci il tarixdə 132-134 nömrəli Təhsil Kompleksində Bakı Şəhər İcra Hakimiyyətinin “Regional İnkişaf” İctimai Birliyi ilə birgə layihəsi olan, məktəblilər üçün nəzərdə tutulmuş "Bizim böyük Qələbəmiz" kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov, məktəbin müəllim heyəti və bir qrup şagirdi iştirak etmişlər.
Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olunmuşdur.
Tədbiri giriş sözü ilə açan 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova çıxış edərək məktəb kollektivi adından qonaqları salamlayaraq məktəbə təqdim olunan kitablara görə öz təşəkkürünü bildirmiş, daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ərsəyə gələn "Bizim böyük Qələbəmiz", “Böyük Qayıdış”, “Vətən müharibəsinin tarixi” və digər nəşrlərin hər biri barədə tarixi faktlara söykənərək ətraflı məlumat vermiş, əldə olunan tarixi Zəfərin mənəviyyat və insanlığın erməni faşizmi üzərində böyük qələbəsi olduğunu vurğulamışdır. Elmin İmanov orta məktəblərdə Qarabağ həqiqətləri, Şanlı Qələbəmiz və Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin çoxşaxəli siyasi və sərkərdəlik fəaliyyətinin gənclər arasında təbliğinin gücləndirilməsi ilə bağlı verilən tövsiyələrin artıq öz bəhrəsini verdiyini qeyd etmişdir.
Tədbir zamanı çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda apardığı Vətən Müharibəsinin gələcək nəsillərə tanıdılması üçün hər kəsin öz cəbhəsində töhfələr verməyə çalışdığını, BŞİH-in təşəbbüsü ilə ərsəyə gələn “Bizim böyük qələbəmiz” kitabının da bu mənada müstəsna əhəmiyyətə malik olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Eyni zamanda Kəmalə Həşimova kitabın, yeniyetmə və gənclərimizin burada əks olunan tarixi şəxsiyyətlər və sərkərdələrimizin şəhid və qazilərimizin ruhunda tərbiyə olunması, burada əks olunan tarixi şəxsiyyətlər və sərkərdələrimizin fədakarlığı, Zəfərin əldə edilməsindən sonra Azərbaycanı regionda və dünyada öz sözünü qürurla diktə edən lider dövlətə çevrilməsinə zəmin yaradan tarixi faktların və reallıqların, həmçinin müasir qəhramanlıq nümunələrinin öyrənilərək mənimsənilməsi, bu tarixi Qələbədən sonra formalaşan qalib ruhlu yeni cəmiyyətin davamlı olaraq inkişaf etdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb etdiyi vurğulamışdır.
Sonda qonaqlar məktəbin şagirdlərinə kitabları təqdim edərək, onlara Vətən Müharibəsindəki şanlı qələbə barədə ətraflı məlumat vermiş, eyni zamanda şagirdlərin sualları cavablandırılmışdır.

Keçidlər